Türkiyənin Kapadokya bölgəsində yaşayış sahəsi üçün başladılan qazıntı zamanı 9 milyon il əvvələ aid heyvan qalıqları aşkarlanıb.
Ərazidə Qazi və Van Yüzüncü İl Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılır. Bölgədə təxminən bir aydır aparılan tədqiqat nəticəsində üçdırnaqlı at, donuz, qoyun, keçi, zürafə, öküz, kərgədan, fil kimi bir çox böyük və kiçik heyvanların sümükləri aşkar edilib.