Elm adamları Misirdə ən böyük piramida olan Xeops ehramının inşasında istifadə olunan daşların ora necə gətirilməsi barədə yeni məlumatlar əldə etmişlər.
   İndiyədək bu sirlə bağlı, “yadplanetlilərin köməyi” də daxil olmaqla, bir neçə versiya ortaya atılsa da, “həqiqi detallar” piramidanın inşasında böyük məsuliyyət daşıyan bir misirlinin gündəliyində ortaya çıxmışdır.
   Təqribən üç min il bundan əvvəl yazılmış bu gündəlikdəki qeydlərə görə, 2 ton yarım nəhəng kirəcdaşı və qranit bloklar Nil çayı üzərindən taxta qayıqlarla piramidanın inşa edildiyi yerə gətirilmişdir. 
   Qədim misirli mühəndislər Nil çayının sahilindəki bir limandan piramidanın tikiləcəyi Gizəyə qədər yeni bir kanal qazmışlar. Nəhəng daşları qayıqların üzərinə yükləyərək 800 kilometr bir məsafədən bu kanal vasitəsilə Gizəyə gətirmişlər. Piramidanın tikintisi üçün minlərlə işçi qüvvəsindən istifadə edilərək 170 min ton qaya parçaları daşınmışdır.
   
   Rafiq Vəliyev