Planetin ən nüfuzlu insanlarının ilk beşliyində onlardır
   
   “Vanity Fair” jurnalı dünyanın ən nüfuzlu insanlarının növbəti illik siyahısını (“The New Establishment”) dərc edib. Bu siyahıya Silikon vadisinin (Kaliforniyada dünyanın məşhur informasiya texnologiyaları mütəxəssislərinin çalışdığı yer - red.) xadimləri, şou-biznesin populyar simaları və nüfuzlu şirkətlərin maqnatları daxil edilib. Builki siyahının ilk beşliyində İT sahəsinin iş adamları qərarlaşıb. 
   Keçən il olduğu kimi, siyahıda birinci yeri “Amazon” şirkətinin sahibi, “Blue Origin” kosmik layihəsinin rəhbəri və “The Washington Post” nəşriyyat evinin sahibi milyarder Jeff Bezos tutur. Bu il Bezos üçün uğurlu sayılır. O, ilk dəfə “Forbes” jurnalının reytinqində Bill Qeytsi qabaqlayaraq (qısa müddətə) dünyanın ən varlı insanı olub.
   İkinci pillədə “Facebook” sosial şəbəkəsinin yaradıcısı və sahibi Mark Zuckerberg qərarlaşıb. Mark Zuckerbergin builki əsas nailiyyəti bütün dünya üzrə “Facebook” istifadəçilərinin sayını 2 milyarda çatdırmasıdır. 
   Üçüncü pillədə “Apple” şirkətinin baş direktoru Tim Kuk yer alıb.
   Dördüncü yerdə “Google” axtarış sisteminin yaradıcıların biri, “Alphabet” şirkətinin (Uber sürücüsüz avtomobillərinin istehsalı) baş direktoru Larri Peyc qərarlaşıb.
   İlk beşliyi “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask qapayır. “Tesla” avtomobil şirkəti bu il avtomobil bazarında kapitalını 63 milyard dollara çatdıraraq bu sahədə ən varlı şirkət seçilib.
   
   İlona