Leonardo da Vinçinin əsəri hərraca çıxarılacaq
Dünya şöhrətli italyan rəssamı Leonardo da Vinçinin şəxsi kolleksiyada olan yeganə əsəri noyabrın 15-də “Christie’s” hərrac evində satışa çıxarılacaq.
Rəssamın XV əsrin sonu - XVI əsrin əvvəlinə aid edilən “Dünyanın xilaskarı” (“Salvator Mundi”) adlı əsərində İsa peyğəmbər təsvir olunub. Əsərin tarixçəsi haqda bir çox məqamlar hələ də aydın deyil. Əvvəllər kral II Karlın kolleksiyasında olan portret sonradan Bukinqem hersoqunun oğlunun əlinə keçib. Daha sonra itən portret yalnız 1958-ci ildə aşkar olub.
Əsərin hərraca rus milyarder, “Monako” futbol klubunun sahibi Dmirti Rıbolovlev tərəfindən çıxarıldığı bildirilir. İlkin qiyməti isə 100 milyon dollar müəyyən olunub. Leonardo da Vinçi “Dünyanın xilaskarı” əsərini məşhur “Mona Liza” ilə təxminən eyni vaxtda işləyib və kompozisiyalarda oxşarlıq hiss olunur.
İlona