Oktyabrın 24-də Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasında Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Hacıyevlə görüş keçirilib. Görüşdə “Rossodrujestvo”nun Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Aleksandr Kalamin, V.Uspenski adına Daşkənd Respublika ixtisas musiqi liseyinin direktoru Dildora Camalova iştirak ediblər. 
   Rəssam yaradıcılığı haqqında iştirakçılara bilgi verib, əsərlərini göstərib, şagirdlərin suallarını cavablandırıb.

   S.Qaliboğlu