Məşhur holland rəssamı Van Qoqun (1853-1890) “Şumlanmış tarla və əkinçi” adlı tablosu “Christie's” auksionunda (Nyu-Yorkda) keçirilən hərracda 81 milyon dollara satılıb. Rəsm əsərində rəssam Sen-Pol psixiatriya xəstəxanasında müalicə aldığı vaxt (1889-cu il) pəncərədən müşahidə etdiyi mənzərəni təsvir edib. Rəsm əsəri Bas ailəsinin kolleksiyasında saxlanılıb. 
   50 milyon dollardan satışa çıxarılan əsərin qiyməti bir neçə dəqiqəlik hərracda 81 milyona qalxıb. “Şumlanmış tarla və əkinçi” tablosu “Christie's” evinin Asiya bölməsinin prezidenti Rebekka Vey tərəfindən alınıb. Van Qoqun indiyədək ən baha qiymət qoyulan əsəri 1990-cı ildə 82,5 milyon dollara satılmış “Doktor Qaşenin portreti”dir.

   İlona