2017-ci ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 477 min 908 nəfər olub. Onlardan 790258 nəfər Rusiya Federasiyası, 488269-u Gürcüstan, 340702-si İran, 275147-si Türkiyə, 87215-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 58259-u İraq, 53583-ü Ukrayna, 32644-ü Səudiyyə Ərəbistanı, 351831 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.
Xarici vətəndaşlar daha çox iyul ayında gəlib - 313 min 515 nəfər.
Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,8 faiz, 19,7 faiz, 13,7 faiz, 11,1 faiz və 3,5 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Bu il İrandan 117556, BƏƏ-dən 44558, Rusiyadan 105020 nəfər daha çox şəxs gəlib.
2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 064 224 nəfər, noyabr ayında isə 169 427 nəfər təşkil etmişdi. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycana 413684 (20%) nəfər, yalnız noyabr ayında isə 31877 (18.8%) nəfər çox xarici vətəndaş gəlib.