“Gənclər Turizmi” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Turizm və hotelçilik sahəsində gənc mütəxəssislərin formalaşması” layihəsini həyata keçirib.
Birliyin sədr müavini Ülviyyə Qəhrəmanlı qeyd edib ki, layihədə iştirak üçün 4 gün ərzində 600 nəfərdən çox gənc ərizə ilə müraciət edib. Təşkilatçılar tərəfindən aparılan seçimlər nəticəsində 50 gənc layihəyə dəvət olunub.
Layihə çərçivəsində 11-16 dekabr tarixində “Fabrika kovorkinq” mərkəzində karyerasını turizm və qonaqpərvərlik idarəçiliyi sahəsində qurmaq istəyən gənclər üçün 6 günlük təlim proqramları təşkil olunub. Təlim proqramlarında iştirakçılar turizm bələdçiliyi, qonaqpərvərlik sənayesinin təşkili və idarə olunması, mehmanxana və hostel idarəçiliyi, maliyyə və büdcə idarə olunması üzrə bu sahənin peşəkarları tərəfindən yeni biliklər əldə ediblər.
Təlim proqramları tanınmış mehmanxanaların təcrübəli əməkdaşları tərəfindən keçirilib. İştirakçılara sertifikatlar təqdim olunub.
Fariz Hüseynov