Polşanın Hüquq və Ədalət Partiyası və qeyri-hökumət təşkilatları Avropa Parlamentində xəzli heyvanların yetişdirilməsini qadağan etməyə çağıran “Qoy xəz keçmişdə qalsın” adlı sərgi hazırlayıblar.
Belə qadağaları artıq bir neçə Avropa ölkəsi tətbiq edib. Polşada müvafiq qanun layihəsi hakim partiya tərəfindən parlamentin müzakirəsinə təqdim edilib.
Sərginin təşkilatçıları bildirirlər ki, xəzli heyvanların əzablarını nəzərə alaraq, onların yetişdirilməsinə qadağa tətbiq edilməlidir.