Səudiyyə Ərəbistanı tarixində ilk dəfə yerli dizaynerləri və ümumilikdə, ərəb dünyasının moda sənayesini inkişaf etdirmək məqsədilə “Ərəb moda həftəsi” keçiriləcək. Bu barədə moda həftəsinə dəstək verəcək şahzadə Nura bint Feysal əs-Səuda istinadən “Arab News" qəzeti məlumat yayıb. Moda həftəsi ölkənin paytaxtı Ər-Riyadda martın 26-dan 31-dək təşkil olunacaq.