Martın 10-da Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib.
   Konsertdə tanınmış xanəndə, Əməkdar artist Babək Niftəliyev “Segah” muğamını ifa edib.
   Muğam axşamında xanəndəni tarda Ayaz İmranov, kamançada Elnur Mikayılov, balabanda Rafael Əsgərov, nağarada Ramin Abdullayev və kanonda Humay Abbas müşayiət edib. Konsert proqramında xalq mahnıları və təsniflər də ifa olunub.