Martın 27-də məşhur violonçel ifaçısı, dirijor Mstislav Rostropoviçin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı L. və M.Rostropoviçlərin ev-muzeyində “açıq qapı” günü elan olunub. 
   Gün ərzində muzeyə gələn qonaqlar üçün ekskursiyalar təşkil olunub, maestroya ithaf olunmuş filmlərdən fraqmentlər nümayiş etdirilib. Həmçinin, Mstislav Rostropoviçin ifasında lent yazıları səsləndirilib.