İstanbuldakı “UNIQ Hall”da ABŞ-da yaşayan kamança ifaçısı İmamyar Həsənovun konserti olub.
   “East West Flight” layihəsi çərçivəsində təşkil olunmuş konsertdə tanınmış kamança ustası və onun triosunun üzvləri Misirli Əhməd (zərb alətləri) və Cenk Ərdoğan (gitara) İstanbulun Filarmoniya orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını ifa ediblər.
   Həmvətənimiz İstanbuldakı konsertdən əvvəl Ankarada da musiqisevərlər qarşısında çıxış edib.