Aprel ayında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təqdim ediləcək.
   Aprelin 17-də təqdim olunacaq birinci konserti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, aprelin 19-da isə Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və filarmoniyanın birgə təşkilatçılığı ilə həyata keçirilir.