Azərbaycan Milli Konservatoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin XI sinif şagirdi, Prezident təqaüdçüsü Behnam Məhta Məhəmmədəlizadənin solo konserti keçirilib.
   Konsertdən öncə baş idarənin rəisi Vuqar Zeynalov Məhta Məhəmmədəlizadəni əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.
   Daha sonra Məhta Məhəmmədəlizadə qanunda F.Əmirovun “1001 gecə” baletindən “Fantaziya”, Q.Sviridovun “Fırtına” filminə yazdığı “Vals”, N.Paqanininin “Venesiyada karnaval”, N.Əliverdibəyovun “Elegiya”, V.Adıgözəlovun “Laylay” və digər əsərləri səsləndirib.