Bakıda İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VII Beynəlxalq müsabiqəsi keçirilir. 
   Müsabiqəyə 9 ölkənin (Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Tatarıstan), Qazaxıstan, Özbəkistan, Mərakeş, İran, Əlcəzair) təmsilçiləri qatılıb. Kiçik yaş qrupu üzrə dinləmələr aprelin 10-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub. Böyük yaş qrupu üzrə iştirakçılar aprelin 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında çıxış edəcəklər.
   Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və qala-konsert aprelin 12-də Bakı Musiqi Akademiyasının böyük konsert zalında keçiriləcək.