Aprelin 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mədəniyyət mərkəzinin böyük zalında ilk dəfə olaraq V.Motsartın “Rekviyem”i səsləndiriləcək. Əsəri həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu universitetby akademik xoru təqdim edəcək. MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Kollektivin repertuarında 200-dən çox klassik və müasir əsər, müxtəlif dillərdə xalq mahnıları yer alıb.