Zibil qutusunda tapılıb
Cənubi Koreyada süpürgəçi İnçhon şəhərinin beynəlxalq aeroportundakı zibil qutusunda 350 milyon von (təxminən 327 min dollar) dəyərində qızıl külçələr tapıb.
Yerli medianın yaydığı məlumata əsasən, qızılın sahibi müəyyən edilməyib. O, yaxın 6 ay ərzində üzə çıxmazsa, süpürgəçi bu sərvətin rəsmi sahibi olacaq.
Əgər qızılın yiyəsi məlum olsa belə, tapıntının bazar dəyərinin 20 faizi süpürgəçiyə veriləcək. Lakin qızıl külçələr hər hansı cinayətlə bağlı olduğu halda, ona heç nə çatmayacaq.