İyulun 6-da İçərişəhəridəki “Zəncirli bina”nı qalereyasında Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərə qapı” adlı sərgisi açılacaq.
Sərgidə fırça ustasının 40-dan çox əsəri, o cümlədən İçərişəhər Tarix Muzeyi Fonduna rəssam tərəfindən hədiyyə edilmiş 15 əl işi təqdim olunacaq.
Xatırladaq ki, ötən il rəssamın “İçərişəhərin 100 növü” adlı əsərləri ofort-qrafika versiyalarının birində yaradılıb və ilk dəfə Azərbaycan Milli İncəsənət Muzeyində fərdi sərgidə (“Edvard Tvoxiq Bakıda və Azərbaycanda”) təqdim olunub.
“İçərişəhərə qapı” sərgisi iyulun 20-dək davam edəcək.