5 gündə 9 kinoseans

Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.

Nizami Kino Mərkəzində reallaşacaq layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.

Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü nəzərdə tutulur.

Film həftəsi noyabrın 23-də “Güllər” filminin qala-gecəsi ilə başlanacaq.