Yazıçılar Birliyində görkəmli şair Fikrət Sadıqın "Kəsə sözlər" kitabının təqdimat mərasimi keçirilib. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "525-ci qəzet"in "525 kitab" seriyasında nəşr olunub.
   Təqdimat mərasimini giriş sözü ilə açan AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "525 kitab" layihəsi çərçivəsində indiyədək bir sıra tanınmış yazıçı və şairlərin əsərlərinin işıq üzü gördüyünü vurğulayıb. R.Məcid seriyanın həyata keçirilməsinə yardım edən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirərək, min tirajla nəşr olunan kitabın 600-nün nazirliyin xəttilə ölkə kitabxanalarına, 400-nün isə "525-ci qəzet"in abunəçilərinə və müəlliflərə pulsuz paylanacağını bildirib. AYB sədri, xalq yazıçısı Anar F.Sadıqın 80 illik yubileyinin Birlik tərəfindən geniş qeyd olunacağını bildirərək, onun yaradıcılığından, şeirlərinin bədii məziyyətlərindən söz açıb.
   Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli hələ ötən əsrin 70-80-ci illərindən yubilyarın yaradıcılığını izlədiyini, onun miniatür şeirlərini çox sevdiyini bildirib: "Fikrət Sadıq Azərbaycan ədəbiyyatında öz dəst-xətti, öz sözü olan şairdir. O, Sabirin, Rəsul Rza ənənələrinin layiqli davamçısıdır“.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar