Misir fironu Tutanxamonun büstü “Christie’s” hərrac evində təqribən 6 milyon dollara satılıb. Bu barədə satış evinin nümayəndələri məlumat yayıb.

Məlumata görə, adını bildirməyən alıcı hərrac rüsumu nəzərə alınmaqla büst üçün 4 milyon 746 min funt ödəyib ki, bu da təxminən 6 milyon ABŞ dolları edir.

Xatırladaq ki, Misirin rəsmi dairələri Tutanxamonun büstünün hərraca çıxarılmasına etirazını bildirmişdi. Bu ölkənin hökumət orqanları vaxtilə əcnəbi arxeoloqlar tərəfindən tapılmış və ölkədən qeyri-qanuni yolla çıxarılmış artefaktların geri qaytarılması tələbini neçə illərdir ki, irəli sürürlər.

SƏBİNƏ