Rusiya paytaxtında “Spassk qülləsi” XII Beynəlxalq Hərbi-Musiqi Festivalı başa çatıb. Moskva şəhərinin Qızıl meydanında keçirilən festivalda 12 ölkədən mindən artıq musiqiçi, vokalist və rəqqas iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və rəqs ansamblı təmsil edib.
Festivalın yekununa görə komandamız dördüncü yerə layiq görülərək diplomla təltif edilib.