Mayın 17-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 ili tamam oldu.

Yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Əbdürrəhim bəy Haqverdiyev - 150” adlı elektron məlumat bazası hazırlanıb. Baza rəsmi sənədlər, ədibin həyat və yaradıcılığı, əsərləri, ömrünün əsas tarixləri, görkəmli şəxslərin Əbdürrəhim bəy Haqverdiyev haqqında fikirləri, xatirəsinin əbədiləşdirilməsi, filmoqrafiya, fotoqalereya bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Haqverdiyevin Azərbaycan, türk, rus və ingilis dillərində əsərləri, audiokitablar, dövri mətbuatda və məcmuələrdə çap olunan əsərləri, səhnələşdirilmiş əsərləri, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar və digər sənədlər təqdim olunur. Elektron toplu ilə aşağıdakı linkdə tanış olmaq olar:  http://anl.az/el/emb/E.Haqverdiyev/index.html