Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 25-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb. 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib. Aktiv xəstə sayı 6613 nəfərdir.

Ötən müddət ərzində 449 min 235 test, o cümlədən iyunun 25-də 7274 test aparılıb.

Qeyd edək ki, 23 iyundan etibarən ölkədə koronavirusa yeni yoluxma sayı 500-ün üzərindədir. Mayın sonlarında aktiv xəstə sayı 2 minə yaxın idisə, iyunun əvvəlindən bu göstərici üç dəfədən çox artıb. Həmçinin koronavirusdan ölümlə bağlı 180 faktın117-si 1-25 iyunda qeydə alınıb.