Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan-Ermənistan dövlət sərhədində erməni tərəfinin növbəti dəfə atəşkəsi pozması nəticəsində döyüşlərin başlanması ilə bağlı bəyanat yayıb.
Fondun prezidenti Günay Əfəndiyevanın adından yayılan bəyanatda həm Azərbaycan hərbçiləri, həm də dinc əhali arasında ölən və yaralananların olduğu vurğulanır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın tarixi, mədəni, dini abidələrinin məhv edilməsi və Azərbaycan xalqının etnik təmizlənməsinə yönələn Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyir və uzun müddət davam edən Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapacağına inanır.