Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 21-nə olan məlumatına görə, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib, 7927 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7034, ötən müddət ərzində isə ümumilikdə 641 732 test aparılıb.

Qeyd edək ki, son bir ayda (18 iyundan sonra) ilk dəfə 400-dən aşağı yoluxma sayı 19 iyulda (388 nəfər) qeydə alınıb və müsbət dinamika davam edir. Bununla yanaşı, son iki gündə vəfat sayı da yüksəkdir: 20 iyul (9), 21 iyul (13).