Prezident İlham Əliyev iyulun 20-də Azərbaycanda elmin inkişafında xidmətlərinə görə geologiya-mineralogiya elmləri doktoru, akademik Fəxrəddin Əbülfət oğlu Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının iyulun 20-də imzaladığı digər sərəncamla fizika-riyaziyyat elmləri doktoru, akademik Təyyar Cümşüd oğlu Cəfərov Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.