Prezident İlham Əliyev iyulun 20-də Azərbaycanda elmin inkişafında xidmətlərinə görə geologiya-mineralogiya elmləri doktoru, akademik  Fəxrəddin Əbülfət oğlu Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının iyulun 20-də imzaladığı digər sərəncamla fizika-riyaziyyat elmləri doktoru, akademik Təyyar Cümşüd oğlu Cəfərov Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.