Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədov tərəfindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstü hazırlanıb.
Bu barədə heykəltəraş özü məlumat verib.
Türkiyənin Ukraynadakı səfirliyinin və heykəltəraşın birgə təşəbbüsü ilə hazırlanan büst tuncdandır. Büstün postamentlə birlikdə hündürlüyü 2 metrə yaxındır.
Qeyd edək ki, Atatürkün büstünün Türkiyənin Ukraynadakı səfirliyində qoyulması nəzərdə tutulur.