“YouTube” videoplatformasının administrasiyası qısamüddətli kliplərin hazırlanması və yayımı üçün öz xidmətini istifadəyə verib. “TikTok” və “Reels” xidmətlərində olduğu kimi, “YouTube Shorts” istifadəçiləri də davametmə müddəti 15 saniyəyədək olan videolar çəkə, videonun sürətini dəyişdirə, “YouTube”un geniş kataloqundan videoeffektlər və musiqi əlavə edə bilərlər.

“YouTube Shorts” xidməti ilk olaraq Hindistan bazarı üçün “YouTube” “Android” mobil proqramında əlçatan olub. Yeni funksiya sonralar başqa regionlarda əlçatan olacaq, həmçinin “iOS” versiyası istifadəyə veriləcək.

Amerikanın onlayn videoplatforması bununla Çin məhsulu olan “TikTok” ilə yarışa girib. “TikTok”da olduğu kimi, “YouTube Shorts”da da qısamüddətli klipin çəkilişi üçün yazma düyməsini sıxıb saxlamaq lazımdır. Davametmə müddəti daha uzun olan videoları smartfonun qalereyasından yükləmək lazımdır.

CAVİD