2020-ci ildə dünyada smartfonlara yüklənən ən populyar servis qısa videoroliklər üçün nəzərdə tutulan “TikTok” əlavəsidir. Bu barədə smartfon proqramlarının TOP-10 reytinqini tərtib edən “SensorTower” məlumat yayıb.

Çinin hazırladığı və gənclər arasında populyarlıq qazanan “TikTok” həm “Google Play”, həm də “App Store” online-mağazalarında ilk pilləni tutub. “Android” istifadəçiləri arasında ikinci və üçüncü yerlərdə “Facebook” sosial şəbəkəsi və “Zoom” videokonfransı, “iPhone” və “iPad” istifadəçiləri arasında isə “Zoom” və “YouTube” videohostinqi qərarlaşıb.

Qeyd edək ki, Çinin “ByteDance” kompaniyasına məxsus “TikTok” əlavəsi hazırda ABŞ-ın təzyiqi altındadır. “Oracle” kompaniyası “TikTok”u almayacağı təqdirdə Birləşmiş Ştatlar ərazisində əlavənin işi əngəllənəcək.

CAVİD