Dünya milyarderləri ailəsində başçı yenə dəyişib
Yanvarın birinci həftəsində dünya milyarderləri siyahısında başa keçən “SpaceX” və “Tesla” kompaniyalarının rəhbəri İlon Mask “Forbes” jurnalının növbəti reytinqində birinciliyi itirib.
Şirkətlərinin səhmlərinin bahalaşması nəticəsində varidatı (onlayn rejimdə hesablama) 200 milyarda yaxınlaşan İlon Mask indi cəmisi 176 milyard dollara sahibdir. Bir neçə gün ərzində o, 20 milyarddan çox “itirib” və reytinqdəki liderliyini kapitalı hazırda 182 milyard dollar həcmində qiymətləndirilən “Amazon” kompaniyasının banisi Ceff Bezosa ötürərək ikinci yerdə qərarlaşıb. Ceff Bezos 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi.
“Forbes” reytinqinin üçüncü pilləsində fransız multimilyarder, “Louis Vuitton Moët Hennessy” kompaniyasının prezidenti Bernar Arno qərarlaşıb (154,6 milyard dollar). Siyahıda dördüncü yeri tutan “Microsoft” kompaniyasının banisi Bill Qeytsin varidatı 121,4 milyard dollar, beşinci yerdə qərarlaşan “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberqin varidatı isə 94 milyard dollardır.
İLONA