Moskvada karantin yumlaşdılır
Rusiya paytaxtında koronavirus əleyhinə vaksinasiya prosesi ilə paralel pandemiya dövründə tətbiq olunan bir sıra məhdudiyyətlərin də yumşaldılmasına başlanıb.
Moskva meri Sergey Sobyanin bildirib ki, yanvarın 22-dən etibarən muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin işi bərpa olunur, teatr, kinoteatr və konsert zallarına tamaşaçı sayı 50 faizə qaldırılmaqla iki dəfə artırılır. Həmçinin digər əyləncəli, idman, sərgi və maarifləndirici kütləvi tədbirlərin tamaşaçılarla keçirilməsinə icazə verilir, uşaq əyləncə mərkəzlərinin, ticarət və əyləncə mərkəzlərində (mall) uşaq oyun zallarının fəaliyyətinə qoyulan məhdudiyyətlər də ləğv edilir.
Qeyd edək ki, Moskvada ümumtəhsil məktəblərində aşağı siniflər üzrə dərslər adi qaydada keçirilir.
Bununla belə, yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olan sakinlər üçün ev rejiminin müddəti uzadılıb.