Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi (AAB) və Milli Kitabxananın təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ozan-aşıq dünyası” kitabı (fotoalbom) nəşr edilib.
   AB-nin sədri, Xalq şairi Zəlimxan Yaqubun layihəsi əsasında birliyin mətbuat xidmətinin rəhbəri Musa Nəbioğlunun hazırladığı kitabda XX əsrdə yaşayıb fəaliyyət göstərmiş, bu gün haqq dünyasına qovuşmuş, hələ də geniş ictimaiyyətə az tanış olan bir çox aşıqların tərcümeyi-halı və fotoşəkilləri verilib.
   S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivindəki materiallar əsasında hazırlanan kitabda XX əsrin əvvəllərindən bəri müxtəlif tədbirlərdə və aşıqların qurultaylarında çəkilmiş nadir fotoşəkillər də öz əksini tapıb. Kitabın redaktorları AMEA-nın Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Məhərrəm Qasımlı və filologiya elmləri namizədi Elxan Məmmədlidir.