Türkiyədə mart ayından pandemiya ilə bağlı qadağaların yumşaldılması gözlənilir. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin COVİD-19-la əlaqədar növbəti iclasından sonra açıqlama verib.
Yumşaldılma tədbirləri çərçivəsində təlim-tədris prosesi, o cümlədən ali təhsil müəssisələrinin ənənəvi təhsilə keçməsi, həftəsonu və yaş həddinə görə qadağaların yumşaldılması, ictimai-iaşə obyektlərinin açılması nəzərdə tutulur.
Mərhələli normallaşma prosesi ilə bağlı hazırlanan yol xəritəsinə əsasən, bir sıra qurumların, o cümlədən ali təhsil müəssisələrinin daxili qərarlar əsasında ənənəvi fəaliyyətə keçməsi gözlənilir. Bu qərarlar vilayətlərdə yoluxma hallarının səviyyəsinə görə veriləcək.
CAVİD