Britaniya Muzeyində saxlanılan 2500 illik Parfenon mərmərləri Yunanıstana qaytarılmayacaq. Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Baş nazir bildirib ki, yunan xalqının bu məsələ ilə bağlı hisslərini başa düşür. Lakin mərmərlərin qanuni sahibi Britaniyadır və onların qaytarılması mümkün deyil. Mərmərlər Lord Elgin tərəfindən həmin dövrdə qüvvədə olan qanunlara əsasən əldə edilib.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkəsinin müstəqilliyinin 200 illiyinin qeyd olunacağı 2021-ci ildə mərmərlərin Afinaya qaytarılması əvəzində Londona əhəmiyyətli əsərlər verməyə hazır olduqlarını söyləyib.

Qeyd edək ki, Elgin mərmərləri adı ilə də tanınan bu qədim sənət əsərləri 1801-1812-ci illərdə Britaniyanın Osmanlı imperiyasındakı (həmin vaxt Yunanıstan imperiyanın tərkibində idi) səfiri olan Elgin hersoqu Tomas Brus tərəfindən Afinadan Londona aparılıb. Bu əsərlər 1816-cı ildə ingilis hökuməti tərəfindən satın alındıqdan sonra Britaniya Muzeyində Duven qalereyasında nümayiş olunur.

CAVİD