Nyu-Yorkda dünyada bənzərsiz olan və ən “zərif” formalara malik göydələnin inşası sona çatır.
Qeyri-adi binanın müəllifi görkəmli tikililərin yaradılması ilə məşhur olan “Bjarke Ingels Group” memarlıq şirkətidir.
Hündürlüyü 435 metr olan binanın eni cəmi 18 metrdir. Göydələndə dəyəri 16 milyon dollara çatan lüks mənzillər, sərgi salonları, butiklər, restoranlar və ofislər nəzərdə tutulub.
Ensiz binanın dayanıqlığını təmin etmək, külək və seysmik yüklərə qarşı müqavimətini artırmaq üçün son mərtəbələrə 800 ton ağırlığında xüsusi qurğular quraşdırılıb.