Azərbaycan

21 aprel 1931 – Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 – 12.9.2014) Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, 1954-cü ildən “Moskonsert”in solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb.

21 aprel 1951 – Əməkdar artist, opera müğənnisi Cəlil bəy Əmrah oğlu Bağdadbəyov (1887-1951) vəfat edib.

 

22 aprel 1894 – Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 – 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Türk İşçi, Akademik Dram, Musiqili Komediya teatrlarında işləyib. “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Görüş”, “Şərikli çörək” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

22 aprel 1911 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 – 25.5.1991) Zəngəzur mahalının Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.

22 aprel 1912 – Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 – 10.5.1994) anadan olub.

22 aprel 1935 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (1935-2009) Ağdamda doğulub. Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyoru olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

22 aprel 1942 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluc (1942 – 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı” və s.) maraqlı obrazlar yaradıb, “Pəncərə” bədii filminə quruluş verib.

22 aprel 1983 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909 –1983) vəfat edib. “Sevil (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib.

 

23 aprel 1909 – Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhməd bəy oğlu Ağayev; 1909 – 6.8.1982) Bakıda doğulub. Atası Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olub. Cümhuriyyətin süqutundan sonra ailəsi Türkiyəyə mühacirət edən Səməd Ağaoğlu TBMM-nin üzvü, nazir olub.

 

Dünya

 

21 aprel 1816 – İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.

21 aprel 1910 – Amerika yazıçısı Mark Tven (Mark Twain – əsl adı Samuel Langhorne Clemens; 30.11.1835 – 1910) vəfat edib. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.

21 aprel 1922 – Rus kinorejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: “Qaraqulaq ağ Bim”, “Burada üfüqlər sakitdir” və s.

 

22 aprel 1707 – İngilis yazıçısı Henri Fildinq (Henry Fielding; 1707-1754) anadan olub. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.

22 aprel 1724 – Alman filosofu İmmanuel Kant (1724-12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.

22 aprel 1899 – Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə mühacirətə gedib, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s. Bir sıra əsərləri ekranlaşdırılıb.

22 aprel 1922 – Amerika caz musiqisinin görkəmli nümayəndəsi Çarlz Maqnus (Charles Mingus;1922-1979) anadan olub.

 

23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında Vilyam Şekspir və Migel de Servantesin xatirəsinə (23 apreldə vəfat ediblər) ehtiram olaraq təsis edilib.

 

23 aprel 1616 – İngilis şairi və dramaturqu Vilyam Şekspir (William Shakespeare; 26.4. 1564 – 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.

23 aprel 1616 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra; 29.9.1547 – 1616) vəfat edib. Əsərləri: “Don Kixot”, “Persiles və Sigizmunda” (roman), “Parnasa səyahət” (poema).

23 aprel 1891 – Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.

23 aprel 1902 – İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldór Kiljan Laxness; 1902-1998) аnаdаn оlub. Əsərləri: “İsland zınqırovu”, “Qaytarılmış cənnət”.

Hazırladı:  Vüqar ORXAN