Noyabrın 20-də Kitab Klubunda AMEA-nın Tarix İnstitutunun dissertantı, tarixçi-etnoqraf Akif Məmmədlinin “Arxeoloqlar kurqan və nekropollarda - Tarixin xəzinələri” adlı kitabının təqdimatı keçirildi. 
      
   Tədbiri giriş sözü ilə açan Kitab Klubunun direktoru Elxan Rzayev müəllif haqqında qısa məlumat verdi. Bildirdi ki, bu, müəllifin sayca 9-cu kitabıdır. Kitabda Şimal-Qərbi Azərbaycanın tarixi və arxeologiyası ilə bağlı materiallar toplanıb.
   Sonra kitabın müəllifi Akif Məmmədli yeni tədqiqat əsəri barədə söz açaraq Zaqatala-Balakən bölgəsində son dövrdə apardıqları arxeoloji qazıntılar və əldə edilən nəticələrdən danışdı. Bildirdi ki, kitabda 13 məqalə yer alıb. “Bir məbədin hələ də açılmayan sirri” məqaləsi üzərində xüsusi dayanan tədqiqatçı bildirdi ki, bu yazıda “Arılıqbinə məbəd kompleksi”ndən bəhs edilir. Müəllifin fikrincə, qoruma divarları salamat qalmış və təxminən dörd hektar sahəni əhatə edən məbəd kompleksi Qafqaz Albaniyasında Mehranilər hakimiyyəti dövründə bir feodala məxsus olub.
   Daha sonra kitabla bağlı AMEA-nın əməkdaşları Xeyrəddin Xəlilov, Məhəmməd Cəbrayılov, Turizm İnstitutunun əməkdaşı İbrahim Əliyev və başqaları çıxış etdilər. Kİtabda qaldırılan problemlərdən, aşkar edilmiş tarixi və arxeoloji abidələrin əhəmiyyətindən danışdılar və müəllifə yeni araşdırmalarında uğurlar arzu etdilər.

 Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar