Tokioda GUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) birgə turizm məhsullarının təqdimatı olacaq. Təqdimat fevralın 13-26-dək Tokioda Yaponiyanın beynəlxalq əməkdaşlıq agentliyi tərəfindən GUAM ölkələri üçün keçiriləcək seminar çərçivəsində baş tutacaq. GUAM-ın turizm üzrə işçi qrupunun Kiyevdə keçirilən iclasında həmçinin qərara alınıb ki, Tokioda bu ilin sentyabrında keçiriləcək JATA WTF-2011 sərgisində GUAM ölkələri vahid stendlə iştirak etsin.
   Xatırladaq ki, GUAM ölkələri ötənilki sərgidə də vahid stendlə çıxış edib. Sərgi günlərində Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilati dəstəyi ilə birgə turizm məhsulunun təqdimatına dair seminar da keçirilmişdi. 
   
   Fəxriyyə Abdullayeva