![](/img/news/700x420/5516.jpg)
Andrea Men ölkəmizə artıq üçüncü dəfə gəldiyini bildirdi: «İlk səfərimdə Azərbaycanla bağlı geniş bilgilərə malik olmadığımdan, elə yüksək təəssürat gözləmirdim. Amma Bakını gördüm və ilk baxışdan sevdim. Hər gəlişimdə şəhərdəki dəyişikliyin fərqinə varıram. Azərbaycanın təbiəti, turizm imkanları məni valeh edir. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər də qaneedicidir. Əgər regionlarda, xüsusilə də milli parklarda turizm infrastrukturu düzgün qurularsa, Azərbaycan dünya turizm bazarında çox yüksək yer tutar. Elə bu səbəbdən də ölkənizdə bir neçə istiqamətdə layihələr həyata keçiririk».
“ATİ ilə əməkdaşlıqdan gözləntilərimiz böyükdür»
Yade Universitetinin vitse-prezidenti Uve Vaythöner isə ATİ ilə 2007-ci ildən əməkdaşlıq etdiklərini dedi. Onun sözlərinə görə, bu müddətdə bir çox layihələri birlikdə reallaşdırıblar: «Avropa universitetindən baxanda Azərbaycanın bu təhsil ocağı maraqlı görünür. Turizm sahəsi üzrə kadr yetişdirmək məqsədilə açılmış bir universitet fantastik layihələrə müəlliflik edir. Bu layihələr Azərbaycanda turizmin inkişafına böyük töhfələr verəcək. Etiraf edirəm ki, ATİ ilə əməkdaşlıqdan gözləntilərimiz böyükdür. Hələlik bir semestr müddətində tələbə mübadiləsi həyata keçiririk. Gələcəkdə bu əməkdaşlığı daha da genişləndirib ikili diplom səviyyəsinə qaldırmaq istəyirik. İnstitutda təhsilin keyfiyyəti bizi qane edir. Çünki ATİ-nin standartı bizim standartımız qədər yüksəkdir. Ona görə də bu universitetin tələbələri bizdə semestri uğurla başa çatdırırlar».
Fəxriyyə