Bu il ərzində Azərbaycanın turizm sahəsinin ötən illə müqayisədə 10%-ə qədər inkişaf edəcəyi gözlənilir. Bu barədə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
   Nazirin sözlərinə görə, 2010-cu ildə ölkədə turizm sektoru əvvəlki ilə nisbətən 6-7% artıb: “Dünya iqtisadiyyatında böhran tədricən aradan qaldırılır. Son 5 ildə ölkədə turizm sektoru iki dəfə artıb ki, bu da çox yüksək göstəricidir”.