Bakı Turizm İnformasiya Mərkəzi “Ən yaxşı mehmanxana saytı - 2011” müsabiqəsini elan edib. Mərkəzdən verilən məlumata görə, məqsəd Azərbaycanın turizm sənayesinin gələcək inkişafına köməklik göstərmək, turizm iqtisadiyyatında mehmanxana biznesinin aparıcı rolunun möhkəmlənməsinə və mehmanxana xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqdır. Müsabiqədə Azərbaycan ərazisində yerləşən mehmanxanalar və digər yerləşdirmə obyektləri iştirak edə bilərlər. İştirak üçün sənəd qəbulu mayın 20-də başa çatacaq. Qiymətləndirmə məlumat bazasının və göstərilən xidmətlər haqqında məlumatların təqdim edilməsinin keyfiyyəti, müştəri üçün interaktiv informasiya servislərinin və məlumat bölmələrinin keyfiyyəti, saytın dizaynı və s. meyarlar nəzərə alınmaqla aparılacaq.
   Qaliblərin mükafatlandırma mərasimi mayın sonlarında keçiriləcək. Müsabiqə qaliblərinin reklamları “Hotels of Azerbaijan” kataloqunda və “Discovery-Azərbaycan” jurnalında yerləşdiriləcək.
   
   Ceyhun