Noyabrın 25-i Kəlbəcər rayonunun işğaldan azad edilməsinin  ildönümüdür. 44 günlük müharibədə Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısında tab gətirməyən işğalçı Ermənistan 10 noyabr 2020-ci tarixli Bəyanatın müvafiq maddəsinə əsasən Kəlbəcər rayonu ərazisindən silahlı qüvvələrini çıxarmağa məcbur oldu.

2020-ci ilin 25 noyabrında sübh tezdən müzəffər Azərbaycan Ordusunun hissələri 27 illik işğaldan sonra azadlığa qovuşan Kəlbəcər rayonu ərazisinə daxil oldu.

Kəlbəcər rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Kəlbəcər azaddır!” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Kəlbəcərin tarixi, təbiəti, təbii sərvətləri haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/kelbecer_azaddir!/index.htm