Mayın 4-də Azərbaycan Turizm İnstitutunda faşizm üzərində Qələbənin 66-cı ildönümü münasibətilə yığıncaq keçirilib. Tədbirdə Xətai Rayon Veteranlar Təşkilatının sədri Nəcibə Məhərrəmova, müharibə və əmək veteranları, institutun müəllim və tələbələri iştirak ediblər.
ATİ-nin Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, dosent Nəsir Nəsirli II Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi fədakarlıqdan danışıb: “Bu müharibədə Azərbaycandan 600 min insan iştirak edib. Bu gün həmin müharibənin veteranları yüksək qayğı və diqqətə layiqdirlər. Onlar üçün həmin qanlı-qadalı günləri xatırlamaq çətin olsa da, ağrılı-acılı günlərin şahidlərini dinləmək, onların döyüş yolunu izləmək gənclər üçün vacibdir».
Tədbirdə iştirak edən müharibə və əmək veteranları keçdikləri döyüş yolu barədə söz açıblar, sülhün, əmin-amanlığın böyük sərvət olduğunu bildiriblər. Sonda müharibə və əmək veteranlarına qiymətli hədiyyələr təqdim olunub.