Mədəniyyət və Turizm Nazirliyi iyunun 2-dən 5-dək Koreya Respublikasının paytaxtı Seulda keçiriləcək KOTFA 2011 (Korea World Travel Fair) Beynəlxalq turizm sərgi-yarmarkasında iştirak edəcək. Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, Asiyanın böyük beynəlxalq turizm sərgilərindən olan KOTFA Koreya Mədəniyyət və Turizm Nazirliyi, Koreya Milli Turizm Təşkilatı və Koreya Turagentlər Assosiasiyasının təşkilatçılığı ilə artıq 24-cü dəfədir keçirilir. Sərginin keçirilməsində əsas məqsəd turizmin yeni inkişaf formaları və istiqamətləri barədə məlumat verməkdir. Sərgi-yarmarkada Azərbaycanın turizm potensialını əks etdirən reklam-çap məhsulları nümayiş olunacaq.
   

  Fəxriyyə Abdullayeva