Azərbaycanda fəaliyyət göstərən hotellər «Turizm ili» çərçivəsində öz qiymətlərində 30 faiz güzəşt edəcəklər. Bu barədə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov məlumat verib. Assosiasiya sədri bildirib ki, hələ ilin əvvəlində «Turizm ili» ilə əlaqədar AZTA Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hotellərə turistlərə təklif edilən qiymətlərdə endirim etmək barədə tövsiyələr verib: «Artıq bu tövsiyələrin real nəticələri özünü göstərir. Belə ki ölkəmizdə fəaliyyət göstərən əksər hotellər, xüsusilə regionlarda yerləşən turizm obyektləri turistlərə 20-30 faizli güzəştli paketlər təqdim edirlər».
Qurum rəhbəri bunu yaxşı nəticə adlandırıb.
Fəxriyyə Abdullayeva