Dekabrın 9-da Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin pavilyonunda Şahin Növrəslinin rəhbərlik etdiyi caz qrupunun “Buta” konsert proqramı (“Buta Jazz Concert by Shahin Novrasli’s”) təqdim edilib.

Şahin Növrəslinin rəhbərlik etdiyi kvartetin etno-caz, muğam-caz və milli caz janrlarının sintezindən ibarət konsert proqramı maraqla qarşılanıb.