Mayın 12-də Azərbaycan Turizm İnstitutunda “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunun əməkdaşları ilə görüş keçirilib. Qoruq kompleksinin müdiri Məlahət Fərəcova ATİ-nin professor-müəllim və tələbə heyəti ilə görüşdən məmnunluğunu bildirib. O, tarixi irsimizin qorunmasına dövlət səviyyəsində göstərilən qayğıdan danışıb. “Qobustan” qoruğunun şöbə müdiri Şahin Şahbazov isə ATİ tələbələrinə seçdikləri peşəyə ciddi məsuliyyətlə yanaşmalarını tövsiyə edib. Tədbirdə “İctimai fənlər” kafedrasının müəllimləri Sabirə Dünyamalıyeva və Sevil Kərimova tədris etdikləri fənlər əsasında çıxış ediblər. İnstitutun “İctimai fənlər” kafedrasının müdiri İbrahim Əliyev ATİ-nin professor-müəllim və tələbə heyəti adından “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunun əməkdaşlarına təşəkkür edib.

   Fəxriyyə